Xaçmazda minik avtomobilləri toqquşub, üç nəfər yaralanıb

Xaçmazda minik avtomobilləri toqquşub, üç nəfər yaralanıb
# 29 noyabr 2023 21:41 (UTC +04:00)

Xaçmaz-Xudat yolunda minik avtomobillərinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosu xəbər verir ki, "VAZ 21015" və "QAZ 3110" markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Qəza nəticəsində yaralananlar, 58 yaşlı Aygün Lalayeva, 59 yaşlı Əlfəddin Lalayev və onların nəvəsi - 8 yaşlı Elnur Lalayev Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hazırda onlara tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR