Xaçmazda zəncirvari qəza olub, yaralananlar var

Xaçmazda zəncirvari qəza olub, yaralananlar var
# 12 aprel 2024 22:21 (UTC +04:00)

Gəndob-Yalama avtomobil yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosu xəbər verir ki, "VAZ 2107", "VAZ 21015" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər yüngül xəsarət alıb.

Yaralananlara müvafiq tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR