Bakı – APA. Dənizkənarı Milli Parkda 1 nəfər dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən, 2 km məsafədə, nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, vətəndaş FHN-in dalğıc-xilasediciləri tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib.
Sabunçu rayonu, “Bilgəh” sularda xilasetmə məntəqəsi ərazisində də 1 nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib.
Vətəndaş FHN-in dalğıc-xilasediciləri tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.