Avropa çempionunun məhkəməsində şahidlər ifadə verib

Avropa çempionunun məhkəməsində şahidlər ifadə verib
# 05 yanvar 2018 08:09 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən yunan-roma güləşi üzrə Azərbaycan yığmasının üzvü, Avropa çempionu Tuncay Vəzirzadənin cinayət işi üzrə məhkəmə iclası davam edib.

APA-nın xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Alıca Abbasov ifadə verib. Bildirib ki, qardaşı ona Tuncayla Rüfətin dalaşdığını deyib.

Şahid Amid Feyzullayev isə ifadəsində bildirib ki, təqsirləndiriləni və zərərçəkmişi tanımır.

O, "Topaz"da çalışdığını, T. Vəzirzadənin "Topaz"dakı mətbəxdən bıçaq götürdüyünü deyib.

T. Vəzirzadə isə deyib ki, o, bıçağı götürəndə onu heç kim görməyib.

Proses qeyri müəyyən vaxta kimi təxirə salınıb.

Zərərçəkmiş ötən iclas məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxslə barışdığını və ona qarşı heç bir tələb və şikayətinin olmadığını deyib.

İttihama görə, T. Vəzirzadə 7 oktyabr 2017-ci ildə Bakı şəhəri Yasamal rayonu ərazisində aralarında yaranan münaqişə zəmnində əvvəllər tanımadığı Rüfət Həziyevi bıçaqlayıb.

Xəstəxanaya çatdırılan R. Həziyevi xilas etmək mümkün olub.

T. Verdizadə 2011-ci ildə yunan-roma güləşi üzrə Avropa çempionu olub. O, güləş üzrə Azərbaycan yığmasının üzvüdür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR