Vəkil Yalçın İmanovun APA-ya verdiyi məlumata görə, Nərimanov rayon Məhkəməsində M. İbrahimin barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, M. İbrahim Mikayıl Quliyev adlı şəxsin şikayəti əsasında həbs olunub. M. Quliyev M. İbrahim tərəfindən döyüldüyünü iddia edərək 18-ci polis bölməsinə şikayət ərizəsi ilə müraciət edib. Bundan sonra M. İbrahim barəsində Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə (xuliqanlıq) cinayət işi başlanıb.