Bakı. Fuad Cəfərov – APA. Bakıda 57 yaşlı kişi küçədə ölüb. Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Koroğlu metro stansiyasının qarşısında qeydə alınıb.
Bakı şəhər sakini, 1957-ci il təvəllüdlü Fərhad Fərzalı oğlu Fərzəliyev infarkt keçirərək vəfat edib.