Bakı. Fuad Cəfərov - APA. Bakı şəhər sakinlərindən soyuq silah tapılaraq götürülüb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Elmar Gülməmmədovdan 1 ədəd, Anar Əliyevdən 2 ədəd soyuq silah - beşbarmaq götürülüb.