Bakıda 21 yaşlı oğlan dənizdə batıb

Bakıda 21 yaşlı oğlan dənizdə batıb
# 28 iyun 2015 09:10 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda 21 yaşlı oğlan dənizdə batıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda dənizdə (sularda xilasetmə məntəqəsindən, təxminən 700 m solda, nəzarət olunmayan ərazidə) 1994-cü il təvəllüdlü Məmmədov Pərviz Nazim oğlu batıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanıb.

P.Məmmədovun cəsədi batdığı yerdən 400 metr aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR