Bakıda 3 nəfəri bıçaqlayan şəxs tutulub

Bakıda 3 nəfəri bıçaqlayan şəxs tutulub
# 08 sentyabr 2014 07:20 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda 3 nəfəri bıçaqlayan şəxs həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə sentyabrın 5-də Binəqədi qəsəbəsi yeni yaşayış massivində qeydə alınıb. Naməlum şəxs bıçaqla İmişli rayon sakinləri - Tural Rüstəmova, Tacəddin Abbasova və Anar Rüstəmova xəsarət yetirib.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Valeh Həsənov tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR