Bakı. Hafiz Heydərov – APA. Bakıda intihar hadisəsi baş verib.
Yasamal rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun Landau küçəsi 536, ev 6, mənzil 22 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1964-cü il təvəllüdlü Arif Rasim oğlu Quliyev yaşadığı evdə özünü asıb. İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.