Bakı. Fuad Cəfərov - APA. Azərbaycan paytaxtında 2 ay öncə qətl hadisəsi törətməkdə şübhəli bilinən şəxs tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, iyunun 20-də Daş karxanası küçəsində Ordubad rayon sakini Rasim Nağıyevin çoxsaylı bıçaq xəsarətləri ilə meyiti aşkar edilib. Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Nərimanov Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 17-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş Zöhrab Əsgərov avqustun 27-də tutulub.