Bakı. Fərahim Qasımov-APA. Nərimanov polisi rayon ərazisində yük maşını oğrusunu saxlayıb. APA -nın məlumatına görə, Eşqin Həsənov Nərimanov Rayon Polis İdarəsinə müraciət edərək "KamAZ" markalı yük avtomobilinin naməlum şəxs tərəfindən qaçırılması barədə polisə məlumat verib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində yük maşınını qaçıran Oğuz rayon sakini Eldəniz Məmmədov saxlanılıb. İstintaq zamanı məlum olub ki, bu onun ilk oğurluq əməli deyil. Bundan əvvəl də o Ziya Bünyadov prospektində Elnur Mürsəlova məxsus bir başqa "KamAZ"ı qaçıraraq Şəki sakini Əliyev Eminə 5 min 500 manat müqabilində satıb. Əliyev Emin də yük maşınının sənədləri olmadığı üçün onu hissələrə bölüb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.