Mənzildən 80 min manatlıq qızıl oğurlamaqda təqsirləndirilənlər apellyasiya şikayəti veriblər

Mənzildən 80 min manatlıq qızıl oğurlamaqda təqsirləndirilənlər apellyasiya şikayəti veriblər
# 06 iyul 2016 09:52 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda mənzildən 80 min manatlıq qızıl əşyalar oğurlamaqda təqsirləndirilən şəxslər barələrində olan hökmdən apellyasiya şikayəti veriblər.

 

APA-nın məlumatına görə, Yevgeniy Şepiya və Xalid Gülməmmədov cəzalarının azaldılması barədə apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər.

 

Məhkəmənin ilkin baxış iclası iyulun 8-də keçiriləcək.

 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib.

 

Oğurluq hadisəsi keçən ilin dekabrında Sabunçuda baş verib. Dekabrın 24-də Sabunçu rayonunda yaşayan Vidadi Hüseynovun evindən pəncərədən girmək yolu ilə məişət əşyaları və dəmir seyfdən qapısı sındırılaraq 80 min manat dəyərində qızıl əşyalar oğurlanıb. Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Yevgeniy Şepiya və Xalid Gülməmmədov tutulublar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR