APA-nın xəbərinə görə, bunu hadisə yerində olan Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov deyib.
Ə. Novruzov bildirib ki, yanğın barədə məlumat saat 10.31 də daxil olub.
Onun sözlərinə görə, yanğın binanın 4-cü mərtəbəsində qeydə alınıb. Dərhal hadisə yerinə Xətai rayonu və “Neftayırma” Zavodunun Yanğından Mühafizə hissələrinin şəxsi heyəti cəlb edilib.
Ə. Novruzov qeyd edib ki, yanğın binanın 4-cü mərtəbəsində yerləşən ofislərin birində qeydə alınıb və 30 kv.m ərazini əhatə edib. Yanğın zamanı dördüncü mərtəbənin şaxtasında olan kabellərin izolyasiyası alışıb: ”Yanğının söndürülməsi zamanı istifadə edilən su 2 saylı “ASAN Xidmət” Mərkəzinin ofisinə ziyan vurub. Yanğının səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq”.
***
11:05
Bakı. Fuad Cəfərov - APA. Bakıda AMAY ticarət mərkəzində baş verən yanğın söndürülüb.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğının söndürülməsində 4 yanğınsöndürən maşın iştirak edib.
***
10:57
Bakı. Fuad Cəfərov - APA. Bakıda AMAY ticarət mərkəzində başlayan yanğının söndürülməsinə 4 yanğınsöndürən maşın cəlb olunub.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.
Yanğın baş verən 4-cü mərtəbədə yaşayış olmadığı bildirilib. Binanın yanğın baş verən hissəsindən vətəndaşlar təxliyə olunub.
***
10:47
Bakı. Fuad Cəfərov - APA. Bakıda AMAY ticarət mərkəzində yanğın başlayıb.
APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yanğın Fəhlə prospektində yerləşən ticarət mərkəzinin 4-cü mərtəbəsində baş verib.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğını söndürməyə çalışırlar