Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Səbail rayonunda 1 nəfər uşağın barmağında dəmir həlqə qalması barədə məlumat daxil olub.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin müvafiq xilasediciləri hadisə yerinə cəlb olunaraq, Təcili Tibbi Yardım Stansiyasının həkimlərinin nəzarəti altında dəmir həlqəni uşağın barmağından kəsib çıxarıblar.
Əməliyyat saat 22:50-də başa çatıb.