Bayram günlərində bir ailə qidadan, bir ailə isə pomidor turşusundan zəhərlənib

Bayram günlərində bir ailə qidadan, bir ailə isə pomidor turşusundan zəhərlənib
# 02 yanvar 2016 10:50 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bayram günlərində Bakı şəhərində qida zəhərlənməsi ilə bağlı xəstəxanalardan hər hansı məlumat daxil olmayıb, vətəndaşların müraciəti qeydə alınmayıb.

Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev bildirib.

Azərbaycanın rayonlarına gəlincə, İ. Abdullayev deyib ki, yalnız dekabrın 31-də Tovuz rayonunun iki kəndində qida zəhərlənməsi qeydə alınıb. Hunanlar kəndində bir ailənin 4 üzvü öz bişirdikləri ev xörəkləri – bozbaş və kulinariya yeməkləri yedikdən sonra xəstəxanaya müraciət edib. Onların vəziyyətləri hazırda normaldır, bu gün evə buraxılacaqları gözlənilir.

Tovuzun rayonunun Qala kəndində isə bir ailənin 3 üzvü kustar yolla hazırladıqları pomidor turşusundan zəhərləniblər. Botulizm diaqnozu ilə xəstəxanaya yerləşdirilən şəxslərdə yüngül hal qeydə alındığından onlar artıq evə buraxılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR