Bakı. Hafiz Heydərov - APA. Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) respublikanın avtomobil yollarında olan son vəziyyətlə bağlı məlumatı açıqlayıb.
BDYPİ-dən APA-ya verilən məlumata görə, ötən gündən yağan güclü qar respublikanın bəzi avtomobil yollarında buzlaşmaya səbəb olub. Müvafiq qurumlar tərəfindən yollar qardan və buzdan təmizlənib. Hazırda respublikanın bütün avtomobil yolları nəqliyyatın hərəkəti üçün açıqdır.
Qar paytaxt yollarında isə bəzi problemlər yaradıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya bildirilib ki, gecə saatlarında bəzi küçə və prospektlərdə buzlaşma müşahidə olunsa da, hazırda yolların əksəriyyəti qardan və buzdan təmizlənib: “Aidiyyəti qurumlar tərəfindən bu istiqamətlə işlər davam etdirilir”.