Bu il Bakıda baş verən yol qəzalarında 187 nəfər ölüb

Bu il Bakıda baş verən yol qəzalarında 187 nəfər ölüb
# 11 sentyabr 2014 08:58 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bu il Azərbaycan paytaxtında baş verən yol qəzalarında 63 uşaq ölüb.


Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, cari ilin ilk 8 ayında paytaxt ərazisində 612 yol qəzası baş verib. Nəticədə 187 nəfər ölüb, 662 nəfər yaralanıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol qəza hadisələrinin sayı 35, 34 ölüm sayı , yaralı sayı isə 5 fakt azalıb.

Respublika ərazisində hesabat dövründə baş verən yol qəzalarında 63 uşaq ölüb, 145-i isə yaralanıb.

V. Əsədov cari ilin ilk 8 ayında paytaxt ərazisində 490.131 inzibati protokol tərtib edildiyini bildirib. Tərtib edilən protokolların 101.934-ü nizamlanmayan piyada keçidindən istifadə edən şəxslərinin , 6189 - sərxoş sürücülərin, 7355 işıqforun qırmızı işığında keçən , 255-i avtoxuliqanlıq edən sürücülərin payına düşür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR