Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyi (DİN) “Sədərək” Ticarət Mərkəzində baş verin yanğınla bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 24-də saat 09 radələrində Qaradağ rayonu ərazisində yerləşən ticarət mərkəzlərindən birində qısa qapanmadan yanğın baş verib. Nəticədə oradakı 3 mağazanın 38,5. kvm. sahəsi və oradakı əşyalar, habelə ticarət mərkəzinin 357 kvm. dam örtüyü yanıb. Yanğın zamanı orada mülki mühafizəçi işləyənlər - Bakı şəhər sakini Azər Sadıqov və Sumqayıt şəhər sakini Rafiq Məhərrəmov müxtəlif xəsarətlərlə xəstəxanaya gətirilib və onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.