Bakı. Hafiz Heydərov APA. Daxili İşlər Nazirliyi (DİN) Lerikdə məktəb direktorunun intihar etməsi faktı ilə bağlı məlumat yayıb.
APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, martın 2-də saat 05 radələrində Lerik rayonunun Veri Əliabad kəndində kənd sakini Adil Rəhimov aralarında olan münaqişə ilə əlaqədar həmkəndlisi Seyid Qurbanovun yaşadığı evə gəlib tüfəngdən onun istiqamətində 1 dəfə atəş açıb (güllə S.Qurbanova dəyməyib), bıçaqla ona və onun arvadı Sevdaya xəsarət yetirib hadisə yerini tərk edib. Daha sonra o, kəndin qəbiristanlığına gedərək həmin tüfəngindən açdığı atəşlə özünü öldürüb.
Lerik Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən hadisə yerindən 16 kalibrli lüləsi kəsilmiş ov tüfəngi, 1 ədəd qumbara və 1 ədəd mətbəx bıçağı götürülüb.
S.Qurbanov xəstəxanaya yerləşdirilib.
Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.
Qeyd edək ki, A. Rəhimov məktəb direktoru olub.