Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhər sakinindən narkotik götürülüb.
Gəncə şəhər Nizami rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini, 1958-ci il təvəllüdlü Fizuli Əliyev şübhəli şəxs kimi saxlanılıb. Onun üzərinə baxış zamanı əlində olan sarı sellofan torbanın içərisində çəkisi 470 qram olan narkotik tərkibli qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır. Məlumata görə, F. Əliyev bundan əvvəl də narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılması ittihamı ilə məhkumluq həyatı yaşayıb.