Gəncədə bir neçə ticarət obyekti yanıb

Gəncədə bir neçə ticarət obyekti yanıb
# 17 oktyabr 2016 07:24 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə bir neçə obyektdə yanğın qeydə alınıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Nizami küçəsində baş verib.

Oktyabrın 17-də saat 03 radələrində başlayan yanğın dönərxananın, qəzet köşkünün və qab-qacaq mağazasının ümumilikdə 56 kvadratmetr sahəsini yararsız hala salıb.

Ərazidəki 9 şam ağacı da yanıb. Əraziyə Gəncə Yanğından Mühafizə Hissəsinin 4 yanğınsöndürən avtomobili cəlb olunub. Alovun başqa tikililərə keçməsinin qarşısı alınıb, yanğın söndürülüb.

Yanğının baş vermə səbəbləri araşdırılır.

Hadisə barədə FHN də məlumat yayıb. Məlumatda bildirilir ki, Gəncə şəhəri, Kəpəz rayonunda bir dam altında tikilmiş, vətəndaşa məxsus, ümumi sahəsi 20 m2 olan dönərxananın yanar konstruksiyaları, digər vətəndaşa məxsus, ümumi sahəsi 28 m2 olan məişət mallarının satışı mağazası və yaxınlıqda tikilmiş, ümumi sahəsi 8 m2 olan köşkün yanar konstruksiyaları və 9 ədəd şam ağacı (ümumi 65 m2 sahədə) yanıb.

Yaxınlıqdakı digər ticarət obyektləri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR