Bakı-APA. Bu gün axşam saatlarında respublika ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Göyçay şəhərində vətəndaşa məxsus ümumi sahəsi 940 kv.m olan tara sexinin içərisində 20 kv.m sahədə taxta qırıntıları və taxta yonqarı yanıb. Sex yanğından mühafizə olunub.
Qəbələ rayonu, Yenikənd kəndində (rayon mərkəzindən 34 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.