APA-nın “armenpress.am” saytına istinadən verdiyi xəbərə görə, Sadaxlı gömrük-keçid məntəqəsində Gürcüstan Maliyyə Nazirliyinin və Gəlirlər Xidmətinin əməkdaşları tərəfindən saxlanılan şəxsin üzərində “Valter” tipli tapança və 10 patron aşkarlanıb. Ermənistan vətəndaşı, 1947-ci il təvəllüdlü Frunzik A. günahını etiraf edib. Faktla bağlı cinayət işi açılıb.
Xatırladaq ki, Sadaxlı gömrük keçid-məntəqəsi Ermənistanla Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunu birləşdirir.