APA-nın xəbərinə görə, bunu “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib. Onun sözlərinə görə, 7 mina hadisəsi nəticəsində 3 nəfər ölüb, 8 nəfər isə xəsarət alıb: “Dünyasını dəyişənlər Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularıdır. Yaralananlardan biri hərbi qulluqçu, digərləri isə mülki şəxsdir”.