Uşaq dünyaya gətirdiyinə görə həbsdən azad olunmaq istəyən qadının şikayəti təmin olunmayıb

Uşaq dünyaya gətirdiyinə görə həbsdən azad olunmaq istəyən qadının şikayəti təmin olunmayıb
# 07 oktyabr 2016 12:36 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilərək məhkum edilən Esmira Cəfərovanın şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, E. Cəfərovanın şikayəti təmin edilməyib.

Xatırladaq ki, 2014-cü ildə oğurluqda təqsirləndirilərək 6 il 6 ay müddətində azadlıqdan məhrum edilən E. Cəfərova həbsxanada uşaq dünyaya gətirdiyini iddia edərək, azadlığa buraxılması üçün məhkəməyə müraciət edib. O, barəsində seçilmiş həbs qətimkan tədbirinin Cinayət Məcəlləsinin 79-cu (Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması) maddəsinə tövsif olunmasını istəyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR