İlqar Məmmədovun həbs müddəti uzadılıb

İlqar Məmmədovun həbs müddəti uzadılıb
# 14 avqust 2013 14:07 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə-APA. Bu gün Nəsimi rayon Məhkəməsində həbsdə olan “REAL” hərəkatının sədri İlqar Məmmədovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanın verdiyi vəsatətə baxılıb.

Vəkil Cavad Cavadlının APA-ya verdiyi məlumata görə, prosesdə qərar elan olunub. Qərara əsasən, vəsatət təmin edilərək, İ. Məmmədovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 2 ay uzadılıb.

Qeyd edək ki, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və “REAL” hərəkatının sədri İlqar Məmmədova qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilirlər. Məhkəmə T. Yaqublu və İ. Məmmədov barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR