Kəmaləddin Heydərovun Qənimət Zahidə qarşı iddiası üzrə məhkəmə prosesi təxirə salınıb

Kəmaləddin Heydərovun Qənimət Zahidə qarşı iddiası üzrə məhkəmə prosesi təxirə salınıb
# 12 mart 2013 14:38 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Yasamal Rayon Məhkəməsində fövqəladə hallar naziri Kəmaləddin Heydərovun “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında məhkəmə prosesi keçirilib.

Vəkil Əlirza Həbilovun APA-ya verdiyi məlumata görə, prosesdə Q. Zahidin nümayəndəsi çıxış edərək, bildirib ki, Q. Zahid vəkil Elçin Sadıqovla müqavilə bağlayıb. Lakin E. Sadıqov hazırda Bakıda deyil. Ona görə də məhkəmənin təxirə salınması xahiş edilib. Proses martın 18-dək təxirə salınıb.

Qeyd edək ki, daxili işlər naziri Ramil Usubov və fövqəladə hallar naziri Kəmaləddin Heydərov "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidə qarşı xüsusi ittiham qaydasında ayrı-ayrılıqda iddia qaldırıblar. Buna səbəb Azadlıq" qəzetində dərc olunmuş "Ramil Usubov Kəmaləddin Heydərova qəzəblənib" başlıqlı məqalə olub.

Onu da qeyd edək ki, martın 12-də “Azadlıq” qəzeti daxili işlər naziri Ramil Usubov və fövqəladə hallar naziri Kəmaləddin Heydərovdan üzr istəyib. “Təkzib” rubrikası altında gedən üzrxahlıqda deyilir ki, qəzetin 1 mart sayında dərc olunmuş “Ramil Usubov Kəmaləddin Heydərova qəzəblənib” yazısında qeyri-dəqiq ifadələrə yol verilib və nəticədə həqiqətə uyğun olmayan bir sıra məqamlar yer alıb: “Bunu nəzərə alaraq yazını təkzib edir, oxuculardan və adı çəkilən məmurlardan üzrxahlıq edirik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR