Masallıda “Embawood” mebel fabrikinin anbarında baş verən yanğın söndürülüb - YENİLƏNİB-1 - VİDEO

Masallıda “Embawood” mebel fabrikinin anbarında baş verən yanğın söndürülüb - <span style="color: red;">YENİLƏNİB-1  - <span style="color: red;">VİDEO
# 22 fevral 2015 10:07 (UTC +04:00)

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, fabrikin qalan hissəsi yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

 

***

 

saat 11.31

 

Masallı. Ağəddin Babayev - APA. Masallıda güclü yanğın hadisəsi baş verib.

 

APA-nın cənub bürosunun məlumatına görə, hadisə fevralın 21-də saat 23.00 radələrində “Embawood” mebel istehsalı fabrikinə məxsus anbarda qeydə alınıb.

 

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Masallı Rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi göndərilib.

 

Lakin yanğın şiddətləndiyindən və əhatə dairəsi getdikcə genişləndiyindən qonşu Lənkəran, Cəlilabad, Biləsuvar rayonlarından, həmçinin Göytəpə şəhərindən hadisə yerinə əlavə olaraq yanğınsöndürən briqadalar cəlb edilib.

 

Yanğını lokallaşdırmaq hələlik mümkün olmayıb.

 

Yanğının böyük bir ərazini əhatə etdiyi və müəssisəyə xeyli ziyanın dəydiyi bildirilir.

 

FHN də hadisə barədə məlumat yayıb. Nazirliyin saytında yerləşdirilən məlumatda bildirilir ki, Masallı şəhərində “Embawood” mebel istehsalı fabrikinə məxsus anbarda yanğın baş verib.

 

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri hadisə yerinə cəlb edilib və aidiyyəti qurumlar məlumatlandırılıb. Hazırda yanğın davam edir.

 

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR