Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 12 İyul - VİDEO

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 12 İyul - <span style="color: red;">VİDEO
# 12 iyul 2014 17:08 (UTC +04:00)

Bakı-APA. Baş nazir seçildiyi vaxtdan ölkədə bütün seçkiləri qazanan AKP lideri bu dəfə də əmin danışırdı. Elə buna görə də Ərdoğanın artıq 2023-cü ili hesaba alması qeyri-ciddi hesablama kimi qarşılanmamalıdır. Çünki baş nazir siyasi fəaliyyətinin ən yüksək zirvəsini fəth etmək istəyir. Türkiyədə isə prezident seçkilərinə bir aydan da az vaxt qalır. Bu seçkilərdə həm də ölkədə bir ilk yaşanacaq. Bu ilk Türkiyə Cümhuriyyəti tarixində dövlət başçısının birinci dəfə xalq tərəfindən seçilməsidir. İki il əvvəl AKP hökumətinin keçirdiyi referendumda xalq bu təklifə müsbət yanaşmışdı. Məncə o zaman bu addımı Ərdoğan siyasi fəaliyyətinin ən yüksək zirvəsinin bir addımlığında dayanacağı vaxt parlamentə etibar etmədiyinə görə atmamışdı. Burda başqa məsələ var. Diqqətlə baxsaq, görərik ki, onun indiyə qədər hökumət başçısı olduğu müddətdə qazandığı bütün seçkilərin nəticələri ilə razılaşmayan siyasi rəqiblərinə cavabı həmişə eyni olub - sandıq, yəni seçki qutusu... Yəni xalqın verdiyi səs... Türk xalqı iqtisadi vəziyyətinə çox əhəmiyyət verir. Ərdoğanın bu illər ərzində seçkiləri udmağının ən birinci faktoru iqtisadi sabitlikdir. Baş nazirin son çıxışında da iqtisadiyyatın, insanların sosial vəziyyətinin daha da yaxşılaşdırılmasının vacibliyini tez-tez vurğulaması xalqa verilən bir mesaj idi... Bu da məsələnin başqa tərəfi. Məsələnin digər tərəfi baş nazirin konstitusiya dəyişikliyinə işarə vurmasıdır. Bundan əvvəlki prezidentləri "mərasim prezidentləri" adlandıran Ərdoğan dövlət başçısı seçiləcəyi təqdirdə ölkəni parlament sistemindən prezident üsul idarəsinə çevirəcəyini də açıq deyir... Yəni Ərdoğan gələcəkdə ölkədə yeganə söz sahibinin özü olacağını bildirir. Və ən başlıcası. Baş nazirin 2023-cü ildən bəhs etməsi isə onun prezident seçkilərində həm qalib olacağına nə qədər əmin olduğundan və ən əsası Türkiyə tarixində qalmaq arzusundan xəbər verir. Ərdoğan cümhuriyyətin 100 illiyini Türkiyə prezidenti kimi qeyd etmək istəyir. Əlbəttə, bu Ərdoğanın arzusu, mənim isə proqnozlarım idi... Çünki hər şeyi zaman göstərəcək. Seçkilərə bir ay, 2023 ilə isə hələ doqquz il var. Əlahəzrət zamanı gözləyək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR