Ötən ay dövlət sərhədini pozan 46 nəfər Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb

Ötən ay dövlət sərhədini pozan 46 nəfər Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb
# 04 mart 2013 11:30 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Ötən ay dövlət sərhədini pozduqlarına görə 32 halda 46 nəfər Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, onlardan 22 nəfəri Azərbaycan, 5 nəfər Gürcüstan, 4 nəfər Rusiya, 4 nəfər Özbəkistan, 3 nəfər İran, 3 nəfər Moldova, 3 nəfər Türkiyə, 1 nəfər Qırğızıstan və 1 nəfər Konqo vətəndaşıdır.

Ötən ay sərhəd rejimi qaydalarını pozarkən 7 halda 16 nəfər və dənizdə 34 halda 57 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb. Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində isə Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 170 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 11 halda 1 kq 348,7 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində isə 52 halda, ümumi dəyəri təqribən 61 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd qaz tapançası və onun 200 ədəd patronu, 3 ədəd pnevmatik tapança, 3 ədəd tüfəng, 88 ədəd 7,62 mm-lik patron, 1 ədəd avtomat darağı, 2000 ədəd alışdırıcı kapsul, 50 kq barıt, 940 ədəd 16 mm-lik giliz, 1 ədəd süngü bıçağı, 1 milyon 805 min rial İran valyutası, 1950 lirə Türkiyə valyutası, 503 ədəd mobil telefon, 474 ədəd mobil telefonlar üçün aksessuar, həmçinin spirtli içki, siqaret, müxtəlif sənaye və kənd təsərrüfatı məhsulları və s. saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR