Qazaxda 275 hektar biçilmiş taxıl sahəsi yanıb - VİDEO

Qazaxda 275 hektar biçilmiş taxıl sahəsi yanıb - <span style="color: red;">VİDEO
# 05 avqust 2015 21:20 (UTC +04:00)

Bakı-APA. Qazaxda yanğın hadisəsi qeydə alınıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qazax rayonu, Aslanbəyli kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 205 ha sahədə biçilmiş taxıl sahəsi və yaxınlıqdakı  vətəndaşa məxsus həyətyanı sahəyə  yığılmış  8 ton ot bağlamasının  4 tonu yanıb. Ot bağlamasının qalan hissəsi  və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

 

Dəmirçilər kəndində isə kənd bələdiyyəsinə məxsus ərazidə 70 ha sahədə biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı mesə zolağı yanğından mühafizə olunub.

 

Hər iki halda yanğın  yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR