Qənimət Zahidin qohumlarının cinayət işi məhkəməyə göndərilib

Qənimət Zahidin qohumlarının cinayət işi məhkəməyə göndərilib
# 12 fevral 2016 14:22 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Hazırda Fransada mühacirətdə olan “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin qardaşı oğlu Rüfət Zahidov və əmisi oğlu Rövşən Zahidovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Bu barədə APA-ya vəkil Bəhruz Bayramov məlumat verib. B. Bayramov həmin şəxslərin cinayət işinin Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildiyini deyib.

Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 234.4.1 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR