Rusiya vətəndaşının Azərbaycana travmatik silah gətirməsinin qarşısı alınıb

Rusiya vətəndaşının Azərbaycana travmatik silah gətirməsinin qarşısı alınıb
# 23 sentyabr 2014 09:23 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Rusiya vətəndaşının Azərbaycana travmatik silah gətirməsinin qarşısı alınıb.

 

Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.

 

Məlumatda qeyd olunub ki, Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun gömrük nəzarəti zonasına Rusiya istiqamətindən daxil olan “VOLVO FH 480” markalı yük nəqliyyat vasitəsinə baxış keçirilib. Baxış zamanı həmin nəqliyyat vasitəsinin kabinəsində avtomaşının sürücüsü, Rusiya vətəndaşı Mustapa İbraqimqadjiyev tərəfindən bəyan olunmayan 1 ədəd tapança qoburu, 1 ədəd “İJ-79-9T” modelli, 0733718810 nömrəli, 9 mm kalibrli özünü müdafiə təyinatlı travmatik tapança və darağında olan 5 ədəd 9 mm kalibrli travmatik təsirli rezin başlıqlı güllələr aşkar olunaraq götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR