Salyanda maşın aşıb, bir ailənin beş üzvü xəsarət alıb

Salyanda maşın aşıb, bir ailənin beş üzvü xəsarət alıb
# 09 avqust 2016 06:13 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı-APA. Ələt-Astara magistral yolunun Salyan rayonu Dayıkənd kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Lənkəran rayon sakini Rövşən Heydərovun idarə etdiyi "VAZ 2106" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində ikisi azyaşlı olmaqla bir ailənin beş üzvü - Lənkəran rayon sakinləri, 56 yaşlı Məhbubə Qüdrət qızı Heydərova, 51 yaşlı Mətanət Qafur qızı Babayeva, 23 yaşlı Günel Müqabil qızı Heydərova, 3 yaşlı Heydər Elşən oğlu Heydərov və 3 aylıq Sevinc Elşən qızı Heydərova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Onlar Salyan Rayon Mərkəzi Rayon Xəstəxanasına yerləşdirliblər.

 

 Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR