Salyanda dəfn edilən qadının meyiti eksqumasiya ediləcək

Salyanda dəfn edilən qadının meyiti eksqumasiya ediləcək
# 05 oktyabr 2016 09:51 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı-APA. Salyanda qətli gizlədilən və dəfn edilən qadının meyiti eksqumasiya olunur.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bir müddət əvvəl dünyasını dəyişən Salyan rayon sakini, 1990-cı il təvəllüdlü Gülşən Feyziyevanı xəstəlikdən dünyasını dəyişdiyinə hüquq-mühafizə orqanları təfindən şübhələr yaranıb. Salyan rayon prokurorluğu tərəfindən aparılan araşdırmalar zamanı G.Feyziyevanı həyat yoldaşı- 1983-cü il təvəllüdlü Məmmədağa Quliyev tərfindən qətlə yetirdildiyi barədə məlumatlar ortaya çıxıb. Qadının xəstəlikdən öldüyünü bildirən əri ona yas mərasimi keçirib. Salyan rayon prokuroluğu tərəfindən baş verən olaya aydınlıq gətirilməsi üçün qadının meyitinin torpaqdan çıxarılmasına (eksqumasiya) qərar verib. Hal-hazırda qadının meyitinin torpaqdan çıxarılmasına başlanılıb. Meyit Salyan rayon Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya mərkəzinə müayinə olunmaq üçün təhvil veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR