Salyanda 2 qardaşın evində narkotik vasitə aşkarlanıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyan rayon sakinləri, 1991-ci il təvəllüdlü Rəhimov Pərviz Rövşən oğlundan 831 qram qurudulmuş marixuana, dibçəkdə əkilmiş çətənə kolu, onun qardaşı 1995-ci il təvəllüdlü Rəhmanov Təbriz Rövşən oğlundan 70,3 qram narkotik vasitə olan tiryək götürülüb.
Hər iki qardaş saxlanılıb.
Faktla bağlı Salyan rayon polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.