Bakı-APA. Şəmkir rayonunda yanğın baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Dəllər Cəyir kəndində (rayon mərkəzindən 12 km aralı) bələdiyyəyə məxsus ərazidə baş verib. Nəticədə 5 ha sahədə biçilmiş taxıl sahəsi, 4 ha sahədə quru ot və 60 ədəd xurma ağacı yanıb. Ərazidəki elektrik dirəkləri yanğından mühafizə olunmuş və 2 baş iri buynuzlu heyvan yanğınsöndürənlər tərəfindən xilas olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.