Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 26 Avqust - VİDEO

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 26 Avqust - <span style="color: red;">VİDEO
# 26 avqust 2015 17:12 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Terrora qarşı mübarizə sistemli bir işdir, iki terrorçunu tutmaqla, öldürməklə terrorun kökünü kəsmək mümkün deyil. Terror təşkilatını məhv etmək üçün ilk növbədə onun maliyyə qaynaqlarını kəsmək lazımdır. Bu, beynəlxalq təcrübədə dəfələrlə tətbiq olunmuş və özünü doğrultmuş üsuldur. Qərb ölkələri bir zamanlar “Taliban”a, “Əl-Qaida”ya, “Hizbullah”a qarşı bu üsuldan uğurla istifadə edib. Amma... Nədənsə PKK-ya gəldikdə özünü terrorçuluğa qarşı amansız mübariz kimi təqdim edən Avropa dövlətləri susurlar. İnterpol xətti ilə axtarışda olan PKK terrorçuları Avropa ölkələrində sərbəst şəkildə gəzib dolanırlar. Avropada PKK-ya yardım adı altında kampaniyalar, tədbirlər keçirilir və toplanan vəsait leqal yollarla terror təşkilatına ötürülür. PKK-nın Qərbi Avropanın az qala hər ölkəsində qeyri-hökumət təşkilatı adı altında qeydiyyatdan keçmiş bölmələri, media qurumları fəaliyyət göstərir, telekanalları yayımlanır. Təkcə PKK-ya bəslənən isti münasibət Avropanın terrorçuluğa qarşı mübarizədə nə qədər “səmimi” olduğunu ortaya qoyur. O PKK-ya ki, o təşkilatın adı Avropa Birliyinin və Birləşmiş Ştatların terrorçu təşkilatlar siyahısındadır. Əslində təəccüblü deyil, Qərbin nəzərində PKK Türkiyəyə qarşı istifadə oluna biləcək ən yaxşı təzyiq vasitələrindən biridir. Avropanı bu təzyiq vasitəsindən məhrum etmək üçün qanunlar, demokratiya kimi anlayışlar kifayət etmir. Bu səbəbdən Türkiyənin tək bir yolu qalır - PKK terror təşkilatını məhv etməklə Avropanı bu təzyiq alətindən məhrum etmək. Türkiyə isə bu problemi həll etməyə günbəgün, həftəbəhəftə, ilbəil gecikir...

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR