Şirvan. Əlibəy Zeynallı-APA. Şirvanda 8 yaşlı qız bruselyozdan ölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bruselyoz xəstəliyinə yoluxması ehtimal olunan Şirvan sakini, 2008-ci il təvəllüdlü Məmmədova Minar Ruslan qızı vəziyyəti ağırlaşdığından Şirvan şəhər xəstəxanasına aparılıb. Həkimlər azyaşlının xəstəxanaya artıq keçinmiş vəziyyətdə daxil olduğunu bildiriblər.
Faktla bağlı araşdırma aparılır.