Taleh Bağırzadə, Fuad Qəhrəmanlı və digərlərinin məhkəmədə təqsirləndirilən şəxslər ifadə verib

Taleh Bağırzadə, Fuad Qəhrəmanlı və digərlərinin məhkəmədə təqsirləndirilən şəxslər ifadə verib
# 04 avqust 2016 14:53 (UTC +04:00)

 

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırzadə, Fuad Qəhrəmanlı və digər 16 nəfərin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Rasim Cəbrayılov ifadə verib. O ifadəsində özünü təqsirli bilmədiyini, polis işçilərinə atəş açmadığını deyib. R. Cəbrayılov deyib ki, hadisə baş verən gün onlar namaz qılmaq üçün toplanıblar.

 

Zakir Mustafayev, Əli Nuriyev, Ramin Yarıyev və Aqil İsmayolov da ifadələrində özlərini təqsirli bilmədiklərini deyiblər. 

 

 

Proses avqustun 10-da davam etdiriləcək.

 

 

Qeyd edək ki, T. Bağırzadə Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.

 

AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR