Tovuz sakininin 400-dən çox meyvə ağacını məhv ediblər

Tovuz sakininin 400-dən çox meyvə ağacını məhv ediblər
# 10 yanvar 2018 21:01 (UTC +04:00)

Tovuz sakinin 4 il əvvəl saldığı bağı baltalayıblar.

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə rayonun Cəlilli kəndində baş verib.

Naməlum şəxs və ya şəxslər gecə saatlarında kənd sakini Novruzəli Fərzəliyevin xurma bağına girərək meyvə ağaclarını gövdədən baltalayıblar. Təsərrüfat sahibinin sözlərinə görə, səhər ağaclara qulluq etmək üçün bağa girəndə 400-dən çox ağacın məhv edildiyini görüb.

Baş verən hadisə ilə bağlı Tovuz rayon Polis şöbəsinə məlumat verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR