Ucar. Zahid Abışov-APA. Ucarda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı- Qazax əsas magistral yolunun Ucar rayonunun "dörd-yol" adlanan hissəsində qeydə alınıb.
Ucar rayon sakini, 1974-ci il təvəllüdlü Çingiz Nizami oğlu Hacıyevin idarə etdiyi "Man" markalı yük maşını ilə, Göyçay rayon sakini Şahin İsrafil oğlu Quluyevin idarə etdiyi "Şaqman" markalı maşın toqquşub. Nəticədə, "Man"-nın sürücüsü Ç. Hacıyev aldığı xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Hadisənin başvermə səbəbi Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırılır. Qeyd edək ki, adı çəkilən ərazidə tez-tez xırda yol -nəqliyyat hadisələri baş verir. Sürücülər qəzalara əsas səbəbin ərazidə kifayət qədər yol ötürücü nişanlarının olmamasını göstərirlər.