Xəzərin Azərbaycan sektorunda iki zəlzələ olub

Xəzərin Azərbaycan sektorunda iki zəlzələ olub
# 11 mart 2013 07:18 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, ilk zəlzələ martın 10-da saat 09.29-da Xəzər dənizində, Qala stansiyasından 120 km şərqdə qeydə alınıb. Maqnitudası 3.50, dərinliyi 60 km olan zəlzələ hiss olunmayıb.

İkinci təkan isə martın 10-da saat 14.41-də Xəzər dənizində, Bakı şəhərindən 139 km şərgdə qeydə alınıb. Zəlzələnin maqnitudası 4.30, dərinliyi 38 km olub.

Zəlzələ hiss olunmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR