Bakı. Fərid Mirzəyev - APA. “Xocalı soyqırımında təqsirli bilinən 39 nəfər barəsində soyqırımı və digər ağır maddələrlə məhkəmələr tərəfindən həbs-qətimkan tədbiri seçilib, onlar axtarışa verilib”. APA-nın xəbərinə görə, bunu Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin birgə yaradılan İstintaq Qrupunun üzvü Ələkbər Xəlilov deyib.
O qeyd edib ki, axtarışa verilənlərdən 18 nəfəri 366 motoatıcı alayın hərbçiləri olub: “Onların arasında erməni, rus və başqa millətlərdən olan şəxslər var. Eyni zamanda, axtarışa verilənlər arasında Xankəndi və Əsgəran polis idarəsinin əməkdaşları da var”.
Ə. Xəlilov əlavə edib ki, istintaq-əməliyyat tədbirləri davam etdirilir.