Yasamalda yanğın təhlükəli avtoservisin fəaliyyəti dayandırılıb - VİDEO

Yasamalda yanğın təhlükəli avtoservisin fəaliyyəti dayandırılıb - VİDEO
# 13 iyun 2024 12:07 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

APA xəbər verir ki, bu çərçivədə, Xidmət tərəfindən Bakı şəhəri, Yasamal rayonunda yerləşən “FS Avto” MMC-yə məxsus “Ayaz” avtoservisində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- avtoservisdə propan tipli qaz balonlarından istifadə edilir;

- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb və elektrik xətləri yanar materialların üzəri ilə çəkilib;

- avtoservisin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb;

- avtoservisin daxilində layihədən kənar taxta konstruksiyadan ibarət tikililər inşa edilib;

- təxliyə planı işlənib hazırlanmayıb;

- avtoservisin ərazisində yanğın su hovuzu mövcud deyil;

- obyekt daxili yanğın su kranları və avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu ilə təchiz edilməyib;

- avtoservisin daxili yanar-sürtgü materiallardan təmizlənməyib;

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Yasamal rayonunda yerləşən “FS Avto” MMC-yə məxsus “Ayaz” avtoservisinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR