Yevlax rayonunun Gülövşə kəndi yaxınlığında yerləşən Kərpic zavodunda bədbəxt hadisə baş verib.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, ehtiyatsızlıq nəticəsində
zavodun 1994-cü il təvəllüdlü əməkdaşı Səfərov Həsrət Zaməddin oğlu
hündürlükdən yıxılaraq müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.
Xəstəxanaya çatdırılan yaralı Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.