Zaqatalada inzibati binada yanğın olub

Zaqatalada inzibati binada yanğın olub
# 22 fevral 2024 15:04 (UTC +04:00)

Zaqatalada icra nümayəndəliyinə məxsus inzibati binada yanğın olub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, günorta saat 13 radələrində rayonun Danaçı kəndində, rayon İcra Hakimiyyətinin Danaçı kənd üzrə nümayəndəliyinin balansında olan və hazırda istifadəyə yarsız inzibati binada yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Yanğın söndürülüb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR