Zaqatalada minik maşını piyadanı vurub

Zaqatalada minik maşını piyadanı vurub
# 23 iyun 2024 07:47 (UTC +04:00)

Zaqatalada 14 yaşlı oğlanı maşın vurub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında Zaqatala şəhəri Anar Həmidov küçəsində baş verib.

2010-cu il təvəllüdlü Əkbər Ülvi oğlu Alxasov minik avtomobili tərəfindən vurulub.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Ü. Alxasov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunun Reanimasiya şöbəsinə yerləşdirilib.

Ü. Alxasovun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR