Zaqatalada motosiklet aşıb, ölən var

Zaqatalada motosiklet aşıb, ölən var
# 15 iyun 2025 09:52 (UTC +04:00)

İyunun 14-də saat 17 radələrində Zaqatala rayonunun Mosul kəndi ərazisində motosiklet idarəetmədən çıxaraq aşıb.

Müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilən sürücü, 1958-ci il təvəllüdlü Osman Orucov göstərilən tibbi yardımlara baxmayaraq bu gün gecə saatlarında orada ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət başlanılıb, istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR